ABŞ-nin dövlət katibi Marko Rubio gələn həftə Yaxın Şərqin bir neçə ölkəsinə işgüzar səfər etməyi planlaşdırır.


Moderator.az xəbər verir ki, bu barədə "Axios" nəşrinin jurnalisti Barak Ravid şəxsi mənbələrinə əsaslanaraq məlumat yayıb.






Jurnalist özünün "X" sosial şəbəkə hesabında qeyd edib:


"Marko Rubionun gələn həftə Yaxın Şərq istiqamətində səfəri nəzərdə tutulur: iki müstəqil mənbənin verdiyi xəbərə əsasən, səfər cədvəlinə Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn daxil edilib".