İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb.


Moderator.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.






Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.


Havanın temperaturu gecə 21-24° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 55-60% olacaq.


Azərbaycanın dağlıq və dağətəyi rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.


Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti, dağlarda gecə 9-14° isti, gündüz 19-24°, bəzi yerlərdə 26-29° isti olacaq.