“Prezident İlham Əliyev bu çıxışında son 30 ildə keçdiyi yolu açıqladı. Bu yolda Azərbaycanın hansı çətinliklərlə üzləşdiyini bir daha bəyan etdi”
Moderator.az xəbər verir ki, bu fikirləri Azərbaycan Televiziyasının efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.
Millət vəkili qeyd edib ki, 30 il ərzində ATƏT-in Minsk qrupu bir oyun oynadı, amma Azərbaycan onların bu oyunu pozdu.
“Biz 30 il ərzində çətinliklərə mətninliklə sinə gərərək qələbəmizi qazandıq. 30 il işğalda qalan torpaqlarımızı işğaldan azad etdik. Qısa zamanda Qarabağda böyük quruculuq işlərini həyata keçirtdik”- deyə Cavanşir Feyziyev bildirib.