Saatlı rayonunda 16 yaşlı qız dərmandan zəhərlənib.
Moderator.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Bəylik kəndində baş verib.
Kənd sakini 2010-cu il təvəllüdlü Z.Novruzlu evdə qəbul etdiyi dərmandan zəhərlənib. O, əvvəlcə Saatlı Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Vəziyyəti ağır olan yeniyetmə qıza ilkin tibbi yardım göstəriləndən sonra o, Bakıya Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə köçürülüb. Z.Novruzlu iyunun 19-da orada ölüb.
Faktla bağlı araşdırma aparılır.