Yunanıstanda bu gün 5,8 maqnitudalı zəlzələ baş verib.


Moderator.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.






Yeraltı təkanların episentri Krit adasındakı Retimno şəhərindən 69 km cənub-qərbində yerləşib.


Zəlzələ ocağı 13 km dərinlikdə yerləşib.


Dağıntılar barədə məlumat daxil olmayıb.