"Neftçi" klubu yeni transferini rəsmən açıqlayıb.






Moderator.az xəbər verir ki, paytaxt təmsilçisi braziliyalı yarımmüdafiəçi Qustavo Klisman Dimaraeş Mirandanı heyətinə cəlb edib.


26 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb. O, komandada 20 nömrəli forma ilə çıxış edəcək.


Karyerasının böyük hissəsini Portuqaliyada keçirən Klisman son olaraq "Santa Klara"nın formasını geyinib. Braziliyalı yarımmüdafiəçi bu klubun heyətində 74 oyunda meydana çıxaraq 3 qola və 7 məhsuldar ötürməyə imza atıb.


Qeyd edək ki, futbolçu 2025-ci ildə isə icarə əsasında Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edib.