Bakıda meyit tapılıb.
Moderator.az-ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində baş verib.
Parkın ərazisində orta yaşlı kişinin meyiti aşkar edilib. Araşdırmalarla həmin şəxsin 1970-ci il təvəllüdlü Bakı şəhər sakini Rəşadət Mehdi oğlu Əlizadə olduğu müəyyənləşib. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. İlkin ehtimala görə, R.Əlizadə park ərazisində ürək çatışmazlığından dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
(oxu.az)