Azərbaycan ərazisində kökündən ləğv edilmiş separatçı-terrorçu rejimin "bayrağı" İrəvanın Fransa meydanından götürülüb.
Moderator.az xəbər verir ki, Aysor.am xəbər portalının xəbərində belə deyilir.
Bu, 20 iyun 2026-cı il tarixində qondarma "artsax" ictimai şurasının üzvü Nare Simonyanın açıqlamasında və sosial mediada şahidlərin sözlərindən bəlli olub.
Bu əski parçası 2022-ci ilin aprel ayında "Müqavimət" hərəkatının genişmiqyaslı etirazları zamanı Ermənistan müxalifəti tərəfindən İrəvanın mərkəzində qaldırılmışdı.
Revanşist, separatçı və irqçi xislətli "ictimai" xadimlər və fəallar bayrağın götürülməsini qətiyyətlə pisləyərək, bunu "mövcud Ermənistan hakimiyyətinin sistemli "anti-artsax" siyasətinin davamı" adlandırıblar.
Qeyd edək ki, Pasinyan hakimiyyəti tərəfindən bu əski parçasının Fransa meydanından qaldırılması ilk dəfə deyil. Məsələn, 2024-cü ilin yazında da belə hal olub. Bundan sonra separatçı revanşist fəallar bayrağı əvvəlki yerinə qaytarıblar.
S.Laçın