Hər bir fəsildə süfrələrin bəzəyi olan limon sağlamlıq baxımından çox faydalıdır. C vitamini deposu sayılan bu meyvə bədəndən sərbəst radikalları xaric edərək antioksidant vəzifəsini yerinə yetirir. Eyni zamanda immuniteti gücləndirərək viruslara qarşı mübarizə aparır.
Bu qədər faydası olan limonun xüsusilə də xanımları sevindirəcək daha bir özəlliyi var. Limon arıqlamağa kömək edir. Metabolizmanı sürətləndirir, qaraciyəri təmizləyərək həzm sisteminin daha yaxşı işləməsinə kömək edir. Sellülitlərlə mübarizə aparır.
Hər səhər günə yarım limon sıxılmış bir fincan su içməklə başlamaq qısa müddət ərzində özünüzdə müsbət dəyişikliklər hiss etməyinizə səbəb olacaq. (Axşam.az)