Rusiyanın Ukraynanın Zaporojye vilayətinə hücumu nəticəsində dörd nəfər həlak olub, altı nəfər yaralanıb.
 




Moderator.az "Report"a istinadən xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri İvan Fyodorov "Telegram" kanalında yazıb.
 
"Təəssüf ki, dörd nəfər həlak olub, altı nəfər yaralanıb. Zərərçəkənlərə bütün lazımi tibbi yardım göstərilir", - o açıqlayıb.
 
Fyodorovun sözlərinə görə, Rusiya qoşunları vilayətin mərkəzinə doqquz aviabomba atıb.