"Al Jazeera"nın müxbiri İsrailin Qəzza zolağının mərkəzinə endirdiyi aviazərbə nəticəsində həlak olub.
Moderator.az xəbər verir ki, bu barədə Qətər telekanalının bəyanatında deyilir.
"Əhməd Vişah Qəzza zolağının mərkəzi hissəsində yerləşən Əl-Bureyc qaçqın düşərgəsindəki yaşayış binasına İsrailin aviazərbəsi nəticəsində öldürülüb", - məlumatda qeyd edilib.
Telekanalın rəhbərliyi hücumu qətiyyətlə pisləyib. "Bu, bütün beynəlxalq qanunların və normaların yeni, kobud şəkildə pozulmasıdır və jurnalistlərin təqib edilməsi, həqiqət səsinin boğulması üzrə davam edən sistematik siyasəti əks etdirir", - bəyanatda deyilir.
İsrail Müdafiə Ordusunun Fələstin ərazisinə endirdiyi son zərbələr zamanı Vişah da daxil olmaqla, 10 nəfərin həlak olduğu dəqiqləşdirilib.