ABŞ-la əldə olunan razılaşma kağız üzərində qalarsa, Yaxın Şərqdə enerji axınını dayandırılacağıq.


Moderator.az xəbər verir ki, bunu İranın ali rəhbərinin müşaviri Məhəmməd Müxbir deyib.






Onun sözlərinə görə, Vaşinqton iqtisadi təzyiq və xərcləri daha yaxşı anlayır:


“Əgər razılaşma icra olunmazsa, regionda enerji axını dayandırıla bilər. İran danışıqlar heyəti bütün öhdəliklər tam yerinə yetirilməyənə qədər geri çəkilməyəcək”.


Qeyd edək ki, bundan əvvəl İran XİN sözçüsü İsmayıl Bəqai də ABŞ-la razılaşmanın icrası ilə bağlı narahatlıqlar olduğunu bildirmişdi.