Tehran müharibənin dayandırılması haqqında razılaşmaya gətirib çıxaran diplomatik prosesdəki konstruktiv roluna görə İslamabada minnətdarlığını bildirib.


Moderator.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Pakistanın daxili işlər naziri Möhsün Nəqvi ilə görüşdə bildirib.






Pezeşkian İranın qarşılıqlı maraq doğuran bütün sahələrdə Pakistanla ikitərəfli münasibətlərdə mövcud olan geniş imkanlardan istifadə etməyin zəruriliyini vurğulayıb.


Pakistanın daxili işlər naziri də prezidentlə görüşdən məmnunluğunu ifadə edib. O, atəşkəs və müharibənin başa çatması barədə razılaşmanın əldə olunmasını alqışlayıb, həmçinin siyasi diplomatik proseslərin effektiv idarə olunması istiqamətindəki diplomatik səylərinə görə Pezeşkian, Məhəmmədbaqer Qalibaf və Abbas Əraqçiyə təşəkkür edib.


M. Nəqvi həmçinin İranın Ali rəhbəri Müctəba Xameneinin böhranın həlli və atəşkəsin bərqərar edilməsinə köməklik göstərilməsində oynadığı strateji roluna görə minnətdarlığını bildirib.