2026-cı il futbol üzrə dünya çempionatının F qrupunda Niderland və İsveç yığmaları arasında 2-ci turun oyunu başa çatıb.
Moderator.az xəbər verir ki, ABŞ-nin Hyuston şəhərindəki NRG stadionunda keçirilən qarşılaşmada Niderland millisi 5:1 hesabı ilə qalib gəlib.
Oyunun baş hakimi İngiltərə təmsilçisi Maykl Oliver olub.
Hesabı görüşün 5-ci dəqiqəsində Niderland millisinin hücumçusu Brayan Brobbi açıb. O, 17-ci dəqiqədə dublunu rəsmiləşdirib. İkinci hissənin əvvəlində, 47-ci dəqiqədə Kodi Qakpo komandasının üçüncü qolunu vurub. Qakpo 54-cü dəqiqədə daha bir dəfə fərqlənib. İsveç yığmasının hücumçusu Entoni Elanqa 59-cu dəqiqədə fərqi azaldıb. Qarşılaşmanın sonunda, 89-cu dəqiqədə Krissensio Sammervill yekun hesabı müəyyənləşdirib - 5:1.
Bu oyundan sonra Niderland 4 xal toplayaraq F qrupunda liderliyə yüksəlib. İsveç 3 xalla ikinci pillədə qərarlaşıb. Yaponiya və Tunis isə müvafiq olaraq üçüncü və dördüncü yerlərdədir.