2026-cı il dünya çempionatında E qrupunun II turunun növbəti oyunu keçirilib.
Moderator.az xəbər verir ki, Almaniya millisi Fil Dişi Sahili ilə qarşılaşıb.
Görüş Almaniyanın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Fil Dişi Sahili 30-cu dəqiqədə Frank Kessyenin qolu ilə hesabı açıb.
Almaniya 86-cı dəqiqədə Deniz Undavın qolu ilə tarazlığı bərpa edib. 90+4-cü dəqiqədə yenidən fərqlənən Undav komandasına qələbə qazandırıb.
Bu nəticədən sonra Almaniya qrupda ardıcıl ikinci qələbəsini qazanıb.
Qeyd edək ki, E qrupunun digər matçında Ekvador Kurasao ilə qarşılaşacaq.