Dünya çempionatının yaşıl meydanlarında ikinci turun həyəcanı bütün sürəti ilə davam edir.


Moderator.a xəbər verir ki, qrup mərhələsinin növbəti oyun günündə futbol həvəskarlarını bir-birindən gərgin və baxımlı mübarizələr gözləyir.






H qrupunun ən diqqətçəkən duellərindən birində İspaniya və Səudiyyə Ərəbistanı yığmaları üz-üzə gələcək. Azarkeşlərin maraqla gözlədiyi bu qarşılaşmanın start fiti Bakı vaxtı ilə düz saat 20:00-da veriləcək.


Eyni qrupun digər görüşündə Uruqvay və Kabo-Verde milliləri yaşıl meydanda qüvvələrini sınayacaqlar. Bu matç iyunun 22-də saat 02:00-da start götürəcək.


G qrupundakı mübarizələrə gəlincə, iyunun 21-i gecə saat 23:00-da Belçika və İran yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər, iyunun 22-si saat 05:00-da isə Yeni Zelandiya və Misir millilərinin maraqlı qarşılaşması baş tutacaq.


Dünya çempionatı


II tur


H qrupu


21 iyun


20:00. İspaniya - Səudiyyə Ərəbistanı


22 iyun


02:00. Uruqvay - Kabo-Verde


G qrupu


21 iyun


23:00. Belçika - İran


22 iyun


05:00. Yeni Zelandiya - Misir.


Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.