Vaşinqton administrasiyası İranın BMT müfəttişlərinə nüvə obyektlərinə daxil olmağa icazə verməyə razı olacağına ümid edir.
Moderator.az Axios-a istinadən xəbər verir ki, bunun müqabilində ABŞ Tehrana əvvəllər dondurulmuş bəzi aktivlərinə giriş imkanı verməyə hazırdır.
Mənbələrə görə, "ABŞ İranın BMT müfəttişlərini danışıqların birinci mərhələsi nəticəsində ABŞ və İsrail tərəfindən bombalanan nüvə obyektlərinə dəvət etməsini istəyir":
"Əvəzində ABŞ İrana Qətərdəki 6 milyard dollarlıq hesabdan başlayaraq dondurulmuş bəzi aktivlərinə giriş imkanı verməyə hazırdır".
Portala görə, İran tərəfi bu vəsaitdən zəruri malların alınması üçün istifadə edə bilər.
Qeyd edək ki, ABŞ və İran arasında texniki məsləhətləşmələrin 21 iyunda Bürgenştokda keçirilməsi gözlənilir. Pakistan və Qətərdən də nümayəndələr iştirak edəcək.