"İranın neft sənayesi ən böyük investisiya sektoruna çevriləcək" - Möhsün Paknejad
21 Jun 2026, 10:38 2 baxış 1 dəq oxuma
"Münaqişə həll edildikdən sonra İranın neft sənayesi ən böyük investisiya sektoruna çevriləcək".
Moderator.az xəbər verir ki, bunu İranın neft naziri Möhsün Paknejad bildirib.
"Münaqişədən sonrakı dövrdə İranın neft sənayesi qlobal iqtisadiyyat üçün investisiya imkanları, eləcə də texniki və maliyyə tərəfdaşlıqları təmin etmək üçün əsas bir arenaya çevriləcək", - deyə o əlavə edib.
Nazir əlavə edib ki, İran yaxın gələcəkdə əməkdaşlıq təkliflərini nəzərdən keçirməyə və müqavilələr bağlamağa hazırdır.
Nazirlik həmçinin investorlardan ibarət işçi qruplarını operativ şəkildə təşkil etməyə hazırdır. /Report/