"Bu gün İsveçrədə danışıqlar prosesinin başlaması ilə Qətərdə bloklanmış 6 milyard dollarımız geri qaytarılacaq".
 




Moderator.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.
 
Onun sözlərinə görə, ABŞ-nin sanksiyaları səbəbindən İranın neft satışından əldə etdiyi vəsaitlər bəzi ölkə banklarında bloklanıb:
 
"Tehran hökuməti ABŞ-la danışıqlarda sanksiyaların aradan qaldırılmasını və bloklanmış vəsaitlərin geri qaytarılmasını istəyir".
 
O, ABŞ ilə əldə edilən razılaşmanın şərtlərinin ölkəsinin xeyrinə olduğunu bildirib.