Şirvan şəhərində açıq ərazidə yanğın hadisəsi baş verib.
 




Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
 
Bildirilib ki, yanğın baş verən əraziyə dərhal FHN-in yanğından mühafizə bölmələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində alovun genişlənməsinin və ətraf ərazilərə yayılmasının qarşısı alınıb. Yanğın qısa müddətdə söndürülüb.

 
Hadisə nəticəsində xəsarət alan olmayıb.