Günəşdə M2.6 sinfinə aid güclü partlayış müşahidə edilib.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb.
Məlumata əsasən, hadisə bu gün səhər saatlarında Bakı vaxtı ilə 06:46-da qeydə alınıb.
Bildirilir ki, hazırda Günəşdə aktiv partlayış prosesi müşahidə olunmur.
Qeyd edək ki, "M" sinfinə aid partlayışlar güclü kateqoriyaya daxildir və bəzən Yer kürəsində zəif və ya orta səviyyəli geomaqnit pozuntularına, eləcə də qısa müddətli rabitə fasilələrinə səbəb ola bilər.