ABŞ-ın Merilend ştatında yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində üç nəfər həyatını itirib.
Bu barədə Moderator.az ABŞ mətbuatına istinadla xəbər verir.
Məlumata görə, hadisə gecə saatlarında baş verib. Təyyarə yaşayış məntəqəsinin yaxınlığında qəzaya uğrayıb və göyərtədə olan pilotla iki sərnişin həlak olub.
Hadisə yerinə xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin məlumatlara əsasən, qəza nəticəsində yerdə xəsarət alan olmayıb.
Qəzanın səbəbləri hələlik açıqlanmayıb. Mütəxəssislər hadisənin başvermə şəraitini araşdırırlar.
Rəsmi qurumlar həlak olanların şəxsiyyəti ilə bağlı əlavə məlumatın yaxın günlərdə açıqlanacağını bildiriblər.