Azərbaycanın akrobatika gimnastikası üzrə qadın qrupu - Anahita Başiri, Nəzrin Zeyniyeva və Zəhra Rəşidova dünya kuboku seriyasının qalibi adını qazanıblar.
 




Azərbaycan Gimnastika Federasiyasından Moderator.az-a verilən məlumata görə, idmançılarımız bu möhtəşəm uğura mövsüm ərzində nümayiş etdirdikləri yüksək və stabil çıxışları sayəsində imza atıblar.
 
Beləliklə, gimnastlarımız beynəlxalq yarışda ölkəmizi layiqincə təmsil edərək zirvədə qərarlaşıblar.