Fransada hökm sürən isti havaya görə 845 məktəb bağlanacaq.
Moderator.az xəbər verir ki, bu barədə Fransanın meteorologiya xidməti məlumat yayıb.
Bildirilib ki, ölkənin müxtəlif bölgələrində havanın temperaturu 40 dərəcəyə qədər yüksəlib. Məlumata görə, sabah ölkənin 49 departamentdə qırmızı, 40 departamentdə isə narıncı təhlükə xəbərdarlığı elan ediləcək. Fransa Təhsil Nazirliyi həmçinin 1800 məktəbdə dərs saatlarının dəyişdiriləcəyini açıqlayıb.
Qeyd edək ki, ötən ay Fransada rekord həddə çatan isti temperatur və ehtiyatsızlıq səbəbindən 7 nəfər həyatını itirmişdi.(Qafqazinfo)