Son günlər marketlərdə diqqətçəkən dəyişikliklərdən biri yumurta qiymətlərinin kəskin ucuzlaşmasıdır.
 




Bəzi satış məntəqələrində yumurtanın hətta bir qəpiyə təklif olunduğu bildirilir.



 
Baku TV mövzu ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib.
 
"Yumurta tapa bilirəm ki, alım?! Heç yerdə yoxdur. Deyirlər, yumurtaları zirzəmilərdə saxlayırlar, sonra da 19 qəpiyə satacaqlar", - sakinlərdən biri bildirib.
 
"Gəldim, gördüm ki, hamısını alıblar, mənə heç nə çatmayıb. İndi mən nə edim?", - başqa bir sakin deyib.