Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial şəbəkələrdə dişlərinə görə ünvanlanan tənqidlərə münasibət bildirib.
 




Moderator.az xəbər verir ki, sənətçi "Həyatın dadı" verilişində bu barədə danışıb.
 
O qeyd edib ki, dişlərinin fərqli formada olması onun klarnet ifaçılığı ilə bağlıdır və bu vəziyyətin dəyişdirilməsini istəmir: "Bunu düzəltməyə ehtiyac yoxdur. Klarnetə görə belə olub. Dəyişsəm, işimə təsir edə bilər".
 
Məhəmmədoğlu əlavə edib ki, ona pulsuz stomatoloji yardım təklif olunsa da, bunu qəbul etmir. Onun sözlərinə görə, sosial şəbəkələrdə bəzən əsaslandırılmadan tənqidlər yazılır və bu cür münasibətlər onu narahat etmir.