2026-cı il dünya çempionatında G qrupunun II turuna yekun vurulub.
 




Moderator.az xəbər verir ki, turun son oyununda Yeni Zelandiya millisi Misirlə üz-üzə gəlib. 
 
Görüş Bakı vaxtı ilə saat 04:00-da start götürüb.
 
15-ci dəqiqədə Yeni Zelandiya hesabı açıb. Surmanın qolu ilk hissənin hesabını müəyyənləşdirib: 1:0.
 
İkinci hissədə Misir geridönüş etməyi bacarıb. Sırasıyla Ziko, Salah, Trezege fərqlənib. Görüş Afrika təmsilçisinin qələbəsiylə başa çatıb: 3:1
 
G qrupunun digər oyununda Belçika və İran milliləri qolsuz heç-heçə ediblər.