2026-cı il futbol üzrə dünya çempionatının H qrupunda II turun Uruqvay və Kabo-Verde milliləri arasında keçirilən oyunu başa çatıb.
Moderator.az xəbər verir ki, qarşılaşma ABŞ-nin Mayami şəhərində yerləşən "Hard Rock" stadionunda baş tutub. Matçın baş hakimi norveçli Espen Eskos olub. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Oyunda hesabı 21-ci dəqiqədə "Krasnodar" klubunun və Kabo-Verde millisinin yarımmüdafiəçisi Kevin Lenini açaraq komandasını önə çıxarıb. Uruqvay millisinin müdafiəçisi Maksimiliano Arauxo 44-cü dəqiqədə tarazlığı bərpa edib. Daha sonra yarımmüdafiəçi Aqustin Kanobbio 45+6-cı dəqiqədə Uruqvayı hesabda irəli çıxarıb. Lakin 61-ci dəqiqədə ada təmsilçilərinin hücumçusu Elio Varela hesabı yenidən bərabərləşdirib.
Birinci turda Uruqvay millisi Səudiyyə Ərəbistanı ilə 1:1 hesablı heç-heçə edib, Kabo-Verde isə sensasiyaya imza ataraq İspaniya ilə qolsuz bərabərə qalıb.
Qrup mərhələsinin sonuncu - III turunda Uruqvay İspaniya ilə, Kabo-Verde isə Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq. Hər iki oyun iyunun 27-də keçiriləcək.