"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Elvin Cəfərquliyevi əsas komandasına qaytarıb.
Moderator.az xəbər verir ki, o bu gün Ağdam təmsilçisi ilə Avstriyadakı təlim-məşq toplanışına yollanıb.
Qeyd edək ki, futbolçunun xarici klublara keçidi gündəmdə idi.