Kürdəmirdə 43 yaşlı kişi kanalda boğularaq ölüb.
 




Moderator.az xəbər verir ki, Şüşün kənd sakini, 1983-cü il təvəllüdlü Rəşad Məhəmməd oğlu Cəfərov kəndin ərazisindən keçən su kanalında boğulub.
 
R.Cəfərovun meyiti sudan çıxarılıb.
 
Araşdırma aparılır.