Tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 333 məktəbəqədər təhsil müəssisəsinə 37 401 uşaq cəlb olunub.
 




Bu barədə Moderator.az-a BŞTİ-dən məlumat verilib.
 
Bildirilib ki, bu tədris ilində 21 000-dən çox uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub.
 
Qeyd olunub ki, məktəbəhazırlıq qruplarını 21 384 uşaq başa vurub.