Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışında olan “Sabah” hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcək.
Moderator.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "bayquşlar"ın ilk rəqibi Rumıniyanın “Universitatya Krayova” klubu olacaq.
Matç iyunun 24-də keçiriləcək.
“Sabah” iyunun 28-də Macarıstanın “Ferentsvaroş”, iyulun 2-də isə Ukraynanın “Polissya” komandaları ilə qarşılaşacaq.