89 nəfərin Şükürbəyli həsrəti sona çatıb: Açarlar təqdim edilib - YENİLƏNİB
22 Jun 2026, 14:20 3 baxış 2 dəq oxuma
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə qayıdan sakinlərə evlərin açarları təqdim olunub.
Moderator.az verir ki, bu mərhələdə Şükürbəyliyə 89 nəfərdən ibarət 20 ailə köçürülüb.
Qeyd edək ki, Şükürbəyli işğal zamanı tamamilə dağıdılan kəndlərdən biridir. Ölkə başçısının göstərişlərinə uyğun olaraq, Şükürbəyli kəndi yenidən qurularaq sakinlərin ixtiyarına verilib.
13:32
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə yola salınan növbəti köç karvanı məntəqəyə çatıb.
Mderator.az xəbər verir ki, ailələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.
12:58
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Moderator.az xəbər verir ki, Qayıdış proqramına uyğun olaraq bu mərhələdə Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 20 ailədə 89 nəfər Füzuli rayonunun Alıxanlı kənd keçid postundan yola salınıb.
Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.