Böyük Britaniyanın Böyük Mançester bölgəsinin keçmiş rəhbəri Endi Bernem də hakim Leyboristlər Partiyasının sədri postu uğrunda mübarizədə iştirak edəcəyini açıqlayıb.


Moderator.az xəbər verir ki, bu barədə 56 yaşlı siyasətçi sosial şəbəkə hesabında məlumat verib.






Bu vəzifəyə seçiləcəyi təqdirdə o, avtomatik olaraq ölkənin baş naziri olacaq.


"Kir Starmer dövlətimiz üçün mühüm işlər görüb. Mürəkkəb bir dövrdəki fədakar fəaliyyətinə və rəhbərliyinə görə ona minnətdarlığımı bildirirəm. Onun atdığı addım keçid mərhələsinin əsasını qoyur və prosesin məsuliyyətli, nizamlı şəkildə davam etməsi şərtdir. Mən də bu çərçivədə namizədliyimi verəcəyəm", - deyə Bernem bildirib.


Paralel olaraq, onun əsas rəqibi kimi görülən sabiq səhiyyə naziri Ues Stritinq də Bernemə dəstək verəcəyini açıqlayıb. Keçmiş nazir öz bəyanatında bildirib ki, bu addım Bernemin partiyadaxili seçkilər olmadan birbaşa baş nazir postuna keçməsinə şərait yarada bilər.


"Sky News" telekanalı bildirir ki, sabiq nazir bu barədə deyib:


"Bütün yay mövsümünü xırda narazılıqları böyütməklə keçirə, ya da qollarımızı çırmalayıb dövlətimizin və partiyamızın ehtiyacı olan islahatları həyata keçirməkdə ona dəstək ola bilərik. Mənim seçimim budur və inanıram ki, digərləri də Endinin yanında olacaqlar".


Starmerin komandasından ilk ayrılanlardan olan sabiq nazir əlavə edib ki, son günlərdə Bernem ilə ətraflı müzakirələr aparıb.