Əvvəllər də qeyd etdiyim kimi, partiyamızın qarşıdan gələn seçkilərdə prezidentliyə namizədi cənab Rəcəb Tayyib Ərdoğandır.
Moderator.az xəbər verir ki, bu sözləri Türkiyədə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının (AKP) sözcüsü Ömər Çelik Mərkəzi İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, partiyanın bütün səlahiyyətli orqanları bu məsələdə çox aydın və qətiyyətli mövqe nümayiş etdirir.