Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatlarında vurulan qolların sayına görə mütləq rekordçu olub.
Moderator.az bu barədə Sport24.ru-ya istinadən xəbər verir.
DÇ-2026-nın qrup mərhələsində Avstriyaya qarşı keçirilən matçda 38 yaşlı argentinalı rəqib qapısına yol taparaq dünya birinciliklərində özünün 17-ci qolunu vurub.
Beləliklə, Messi Almaniya yığmasının keçmiş hücumçusu Miroslav Klozenin rekordunu (16 qol) təzələyərək dünya çempionatları tarixinin ən yaxşı bombardiri olub.
Mundialın ən yaxşı bombardirləri reytinqində ilk üçlüyü braziliyalı Ronaldo qapayır. Hazırda çıxışını davam etdirən futbolçular arasında Messinin ən yaxın izləyicisi fransalı Kilian Mbappedir (14 qol).