Voronejə edilən hücum nəticəsində 5 nəfər ölüb.


Moderator.az xəbər verir ki, bu barədə vilayət rəhbəri Aleksandr Qusev məlumat verib.








Onun sözlərinə görə, onlarla insan tibbi yardım üçün müraciət edib, lakin onların əksəriyyətinin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb.


Qusevin bildirdiyinə görə, hücuma məruz qalan müəssisədə yanğın başlayıb və alov bir neçə saat ərzində söndürülüb. Hazırda xilasedicilər dağıntılar altında axtarış və təmizləmə işləri aparır.


Hadisə nəticəsində 10 çoxmənzilli yaşayış binası və fərdi yaşayış sektorunda yerləşən 6 ev zərər görüb. Pəncərələrin şüşələri sınıb, binaların fasadları və dam örtükləri zədələnib.


Bundan əlavə, təxminən 50 avtomobilə də ziyan dəyib.