Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko qarşıdakı görüşdə Vladimir Zelenskinin Minskə qarşı təhdidlərini müzakirə edəcəklər.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, yaxın zamanlarda iki prezidentin təmas qurcağaı gözlənilir.
"Bu və digər məsələləri müzakirə etmək üçün yaxşı fürsət olacaq", - deyə mətbuat katibi əlavə edib.
Dmitri Peskov görüşün dəqiq vaxtı barədə söz deməyib.