Rusiya Kitab İttifaqı (RКС) Vladimir Leninin "Ослиный мост" adlı əsərlər toplusunu narkotik vasitələrin təbliğatı və ya xatırlanması səbəbindən xüsusi məcburi markalanma siyahısına daxil edib. Kitablar qanunvericiliyə uyğun olaraq xüsusi xəbərdarlıq işarələri ilə satılmalıdır.


Moderator.az bu haqda Rusiyanın "Vedomosti" nəşrinə istinadla xəbər verir.






Bu qərar mart ayında Rusiyada qüvvəyə minən və bədii ədəbiyyatda narkotik vasitələrin təbliğini qadağan edən sərt qanunvericilik dəyişiklikləri fonunda baş tutub.  


Siyahıya salınan əsər yazıçı Lev Danilkin tərəfindən tərtib edilən "Ослиный мост" (Limbus Press, 2017) adlı məcmuədir.  Eyni siyahıda Vladimir Mayakovski ("Война и язык"), Viktor Pelevin, eləcə də Stiven King, Terri Pratchett və s. kimi tanınmış xarici müəlliflərin də əsərləri yer alır. 


Qeyd olunur ki, Rusiya qanunvericiliyinə əsasən 1990-cı il avqustun 1-dən sonra nəşr olunan və narkotik maddələrin xatırlandığı əsərlər mütləq xəbərdarlıq nişanı ilə markalanmalıdır, əks halda yayımcılara 300 min rubldan (təxminən $3 300) başlayan böyük cərimələr tətbiq olunur.


S.Laçın