ABŞ-dan Kremlə sərt mesaj: "Rusiya dərhal sülhə razı olmalıdır, əks halda çox gec olacaq!.."
23 Jun 2026, 07:15 32 baxış 2 dəq oxuma
Birləşmiş Millətlər Təşkilatının iclasında ABŞ Rusiya təcavüzünə qarşı mübarizədə Ukraynaya dəstəyini bir daha təsdiqləyib və Moskvanı dərhal sülh danışıqlarına razılıq verməyə çağırıb.
Moderator.az xəbər verir ki, Ukrinformun məlumatına görə, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Den Neqrya bildirib.
Diplomatın sözlərinə görə, Vaşinqton Ukrayna xalqının öz azadlığını və dövlət suverenliyini müdafiə etməsində ona dəstək olmağa davam edir və Kiyev Peçersk Lavrası kilsəsi də daxil olmaqla, Rusiyanın mülki infrastruktura və mədəni irsə hücumlarını pisləyir.
O, ABŞ prezidenti Donald Trampın "G7" sammiti zamanı səsləndirdiyi mövqeyini xatırladıb.
"Rusiya razılığa gəlməlidir. Zaman Moskvanın tərəfində deyil", - deyə ABŞ nümayəndəsi vurğulayıb.
Vaşinqton həmçinin Rusiya ordusundakı əhəmiyyətli itkiləri qeyd edib. Amerikanın hesablamalarına görə, Rusiyanın hər ay təxminən 40.000 əsgəri ölür və yaralanır. Ölkənin iqtisadi vəziyyəti getdikcə çətinləşir.
Amerikalı diplomat müharibənin davam etdirilməsinin yalnız itkilərin sayını artıracağını və diplomatiya və danışıqların münaqişəyə son qoymağın yeganə yolu olaraq qaldığını vurğulayıb.