Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Lakin bəzi hallarda valideynlər bu hüquqlardan məhrum ola bilərlər.
 




Moderator.az xəbər verir ki, Oxu.az-ın "Qanun nə deyir? adlı rubrikasının bugünkü mövzusu valideynin bu hüquqdan məhrum edilməsi ilə bağlıdır.
 
Hansı hallarda valideyn bu hüquqdan məhrum edilir?
 
Ailə Məcəlləsində sözügedən hallar aydın təsbit olunub:
 
- öz valideynlik vəzifələrini yerinə yetirmədikdə;
 
- alimenti qəsdən ödəmədikdə;
 
- heç bir üzrlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı sosial xidmət müəssisələrindən götürməkdən imtina etdikdə;
 
- valideynlik hüquqlarından sui-istifadə etdikdə;
 
- uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə;
 
- xroniki alkoqol və narkomaniya xəstəsidirsə;
 
- uşaqların sağlamlığına və ya həyatına qarşı qəsdən cinayət törətdikdə;
 
- uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətdikdə.