Futbol üzrə dünya çempionatının qrup mərhələsi çərçivəsində Kolumbiya və Konqo yığmaları qarşılaşıb.
Moderator.az xəbər verir ki, qarşılaşma Kolumbiyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada yeganə qolu 76-cı dəqiqədə Daniel Munyos vurub.
Bu nəticədən sonra aktivində 6 xalı olan Kolumbiya millisi K qrupunun lideridir. Portuqaliya 4 xalla ikinci, Konqo 1 xalla üçüncüdür. Aktivində xalı olmayan Özbəkistan sonuncu pillədə qərarlaşıb.
Qrup mərhələsinin son turunda Kolumbiya Portuqaliya, Konqo Demokratik Respublikası isə Özbəkistan millisi ilə qarşılaşacaq.