Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, "CNN" pilotun hesabatını 4 məlumatlı mənbəyə istinadla yayıb.
Mənbələrdən biri pilotun daha böyük dronların altında "ayaqlar" kimi yerləşdirilmiş kiçik dronların olduğu "meduzaya bənzər" bir quruluş təsvir etdiyini bildirib. Başqa bir mənbə pilotun havada "dronlardan ibarət mina sahəsi"ndən də danışdığını bildirib.
"CNN" qeyd edir ki, ABŞ kəşfiyyat rəsmiləri pilotun hesabatını necə şərh etmək barədə fikir ayrılığına malikdirlər. Birincisi, onun qəzada beyin silkələnməsi aldığı üçün detalları nə qədər aydın xatırladığı bəlli deyil. İkincisi, ABŞ indiyədək yalnız Rusiya və Çinin dron şəbəkəsi yaratmaq texnologiyasına sahib olduğunu hesab edib. Əgər pilotun hesabatı doğrudursa, bu, İranın dron proqramının vəziyyətinin rəqib ölkələr üçün həyəcanverici əlamətidir.
Qeyd edək ki, xəbəri "Azad İran" telegram-kanalı və "Anadolu" agentliyi də təsdiqləyib.
"Anadolu" əlavə edir ki, İranın dron imkanları ilə bağlı sözügedən suallar Vaşinqton və Tehranın ötən həftə 60 günlük atəşkəs əsaslı danışıqların başlamasından sonra müharibəyə son qoymaq üçün danışıqlar apardıqları bir vaxtda ortaya çıxıb.
S.Laçın