2026-cı il dünya çempionatında L qrupunun II turunun oyunlarına start verilib.
Moderator.az xəbər verir ki, Panama millisi Xorvatiya yığması ilə üz-üzə gəlib.
Qarşılaşma Bakı vaxtı ilə saat 03:00-da başlayıb.
Matçın taleyini 1 qol həll edib. 54-cü dəqiqədə Budimir Xorvatiyaya 3 xal qazandıran qolu vurub.
Qeyd edək ki, hər iki komanda mundialda hələ qələbə qazana bilməyib. Panama ilk turda Qanaya 0:1 hesabı ilə məğlub olub. Xorvatiya isə İngiltərəyə 2:4 hesabı ilə uduzub. Bu nəticədən sonra Panama 0 xalda qalıb və qrupdan çıxmayacağı dəqiqləşib. Xorvatiya isə ilk 3 xalını qazanıb.