2026-cı il dünya çempionatında L qrupunun II turunun oyunlarına start verilib.
Moderator.az xəbər verir ki, İngiltərə millisi Qana yığması ilə üz-üzə gəlib.
Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayıb.
Matç qolsuz bərabərliklə başa çatıb və komandalar hərəyə 1 xalla kifayətləniblər.
Qeyd edək ki, hər iki komanda mundiala qələbə ilə start verib. İngiltərə ilk turda Xorvatiyanı 4:2 hesabı ilə məğlub edib. Qana isə Panamadan üstün olmağı bacarıb - 1:0.