Rusiyanın Krasnodar diyarında helikopter qəzaya uğrayıb.


Moderator.az xəbər verir ki, kənd təsərrüfatı təyinatlı “Mi-2” helikopterinin göyərtəsində iki nəfər - pilot və sərnişinin olduğu bildirilib.








Qəza Prikubanski kəndi yaxınlığındakı pullu yolun yaxınlığında baş verib.


Pilotun yaralandığı, sərnişinin taleyinin naməlum olduğu qeyd edilib.