Sumqayıtda bədbəxt hadisə baş verib.


Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb.






4 yaşlı qız yaşadığı binanın 5-ci mərtəbəsindən ehtiyatsızlıq nəticəsində yıxılıb.


Azyaşlı dərhal Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.


Faktla bağlı araşdırma aparılır.