Pakistan İslam Respublikası Milli Müdafiə Universitetinin rəhbər heyəti və "Milli Təhlükəsizlik və Müharibə kursu-26"nın dinləyici və professor-müəllim heyətinin ölkəmizə səfəri davam edir.


Müdafiə Nazirliyindən Moderator.az-a verilən xəbərə görə, səfər çərçivəsində qonaqlar Azərbaycan Hərbi Dəniz Qüvvələrini (HDQ) ziyarət ediblər.








Burada nümayəndə heyəti ilə Azərbaycan HDQ komandanı kontr-admiral Şahin Məmmədov görüşüb.


Görüş zamanı qonaqlara qüvvələrin fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.


Plana uyğun olaraq, HDQ-nin Dəniz Hərəkat Mərkəzində olan nümayəndə heyəti dənizdə baş verən fəaliyyətlərin monitorinqi, təhlükəsizlik tədbirləri, koordinasiyası və idarə olunması ilə tanış olublar.