ABŞ-nin Kaliforniya ştatının şimalında 5.6 maqnitudalı zəlzələ qeydə alınıb.


Moderator.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.






Yeraltı təkanların episentri təxminən 4.8 min nəfər əhalisi olan Uillits şəhərindən 12 kilometr cənub-şərqdə yerləşib.


Zəlzələ ocağı 8 kilometr dərinlikdə qeydə alınıb.