Tərtər rayonunda mübahisə zəmnində Vətən müharibəsi qazisi bıçaqlanıb.


Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, bıçaqlanma hadisəsi rayonun Suqovuşan qəsəbəsində baş verib.






Rayon sakini, 44 günlük Vətən müharibəsi qazisi Sadiq Abbaslı mübahisə zəmnində həmyerlisi tərəfindən bıçaqlanıb.


Yaralıya tibbi yardım göstərilib. Daha sonra o, Bərdə Diaqnostika Mərkəzinə göndərilib.


Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.